SON XƏBƏRLƏR

İran CAR ilə əlaqələri genişləndirməyə hazır olduğunu bildirib

2023.07.04, 07:23
İran CAR ilə əlaqələri genişləndirməyə hazır olduğunu bildirib

İran və Cənubi Afrika Respublikasının xarici işlər nazirləri Hüseyn Əmir Abdullahian və Naledi Pandor arasında telefon danışığı olub.

Gunaz.tv

Söhbət zamanı İranın xarici işlər naziri ölkəsinin Pretoriya ilə ikitərəfli əlaqələrin hərtərəfli genişləndirilməsinə hazır olduğunu bildirib.

Tərəflər ikitərəfli münasibətlərin vəziyyətini və onların inkişaf yollarını da müzakirə ediblər.

İranlı nazir iki ölkə arasında ortaq iqtisadi komissiyanın keçirilməsi tarixinin təyin olunmasından məmnunluğunu ifadə edib.

Nazirlər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar. (trend)

Ayxan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar