SON XƏBƏRLƏR

Amerika SEPAH-ın hədəsinə cavab verib

2023.07.21, 13:10
Amerika SEPAH-ın hədəsinə cavab verib

“İran sabitliyi pozan davranışlara son qoymalıdır. Kimsə bölgədə toqquşma istəmir". Bunu Ağ Evin Ali Milli Təhlükəszilik Şurasının sözçüsü Con Kirbi deyib.

Gunaz.tv

Kirbi “Amerikanın Səsi” ilə müsahibəsində İranın neft tankerlərinin zəbt olunmasına qarşı SEPAH-ın əvəz açacağı hədəsi barədə “Amerika Körfəzdə İranla silahlı toqquşmaya hazır vəziyyətdədirmi?” sualını cavablandırıb.

“Kimsə Körfəz bölgəsində toqquşma istəmir. Demək olar ki, İranın ticarət gəmilərinə həmləsi azalmayıb, onlardən bir sırası uğuru və bəzisi də bizim müdaxiləmizlə uğursuz olub.

Bildiyiniz kimi, Pentaqon bir müddə əvvəl bildirdi ki, bu növ həmlələrin qarşısını almağa daha çox güclü olmağımız məqsədi ilə Körfəzə yeni qüvvələr göndərib.

Biz gərəkən bacarıqlara malik olub olmamağımıza arxayın olmalıyıq. ABŞ özümüzü, ortaqlarımız və müttəfiqlərimizi qorumaq üçün gərəkən gücə malikdir”-deyə Con Kirbi bildirib. 

Qeyd edək ki, SEPAH-ın Dəniz Qüvvələri komandiri Əlirza Təngsiri  iyulun 20-də İranın neft tankerlərini zəbt edən hər hanası ölkəyə qarşı əvəz açacağını və bu məsələdə Amerikanın cavabdeh olduğunu deyərək hədələmişdir. 

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar