SON XƏBƏRLƏR

"Problemləri həlli üçün vacib şərt azad medianın olmasıdır"-İranlı jurnalist

2023.07.24, 13:01
"Problemləri həlli üçün vacib şərt azad medianın olmasıdır"-İranlı jurnalist

“İranın problemlərinin həlli üçün ilk və vacib şərt mətbuatın sərbəst olmasıdır". Bunu sosial məsələlər üzrə araşdırmaçı jurnalist Abbas Əbdi deyib.

Gunaz.tv

Abbas Əbdi İranda müstəqil KİV-in olmadığını deyib:

“İranda inkişaf edən iqtisadiyyatın olması üçün ilkin siyasi şərtlər reallaşmalıdır. Ağıllı davranışa zidd yaramaz ünsürlər internet və virtual məkanlara, müstəqil KİV-ə qarşı çıxırlar. Ona görə ki, onları öz mövqelərinə qarşı görürlər.

Rəsmi mətbuatın 99 faizi hökumətin nəzarətindədir".

Araşdırmaçı jurnalist hesab edir ki, cəmiyyət üçün böyük əhəmiyyət kəsb edən mətbuat buxovdan qurtarılamayandək hökumətin funksiyalarında önəmli bir yaxşılaşmanı görmək mümkün olmayacaq. 

"Ölkədə bütün naqisliklərin, korrupsiyanın və yanlış idarəetmənin səbəbi müstəqil və ölkənin durumuna nəzarət edən faydalı mətbuatın olmamamsıdır”- deyə, o, bildirib.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar