SON XƏBƏRLƏR

"Bakı Zəngəzur dəhlizi ilə bağlı söz verib"-İranın xarici işlər naziri

2023.07.25, 12:56
"Bakı Zəngəzur dəhlizi ilə bağlı söz verib"-İranın xarici işlər naziri

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycan Respublikasının Zəngəzur dəhlizi ilə bağlı İrana söz verdiyini iddia edib.

Gunaz.tv

O, bu barədə Ermənistanın Tehranda səfərdə olan XİN başçısı Ararat Mirzoyanla görüşündə deyib.

"Bakı əmin edib ki, İranla Ermənistan arasındakı tarixi marşrutu bağlamağayacaq" İran XİN başçısı görüşdən sonra media nümayəndələrinə verdiyi açıqlamada bildirib.

Tranzit marşrtutların əhəmiyyətindən danışan Abdullahian Qafqazda sülhün bərqərar olmasında İranın fəal diplomatiya yürütdüyünü söyləyib.

Ermənistan-İran layihələrinin həyata keçirilməsinə toxunan Abdullahian qeyd edib ki, Tehran iki ölkə arasında ticarət dövriyyəsini 1 milyard dollara, növbəti mərhələdə isə 3 milyard dollara çatdırmaq (2022-ci ilin yekunlarına görə bu, təqribən 710 milyon dollar təşkil edib – red.) hədəfinə doğru ciddi şəkildə irəliləyir.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar