SON XƏBƏRLƏR

"İran Türkiyədən nümunə götürməlidir"-İranlı iqtisadçı

2023.07.28, 11:40
"İran Türkiyədən nümunə götürməlidir"-İranlı iqtisadçı

İranın "Əlzəhra" universitetinin professoru, iqtisadçı Hüseyn Rağfər Tehran hökumətini iqtisadi inkişafla bağlı Türkiyədən nümunə götürməyə çağırıb.

Gunaz.tv

İranın ətrafındakı ölkələr, o cümlədən Türkiyə strateji sahələrə sərmayə qoyub, turizm və enerji transferi gəlirlərinə də malikdir.

"İran-İraq Müharibəsindən sonra investisiyalar kəskin şəkildə azaldı. 9-cu hhökumətdən bu yana milli resursların talanmasının, əsas vəsaitlərin xərclənməsinin şahidi olduq",- Rağfər bildirib.

O, son 20 ildədə ölkədə sərmayə qoyuluşunun cüzi olduğunu deyib.

İqtisadçı İranda yalnız icarəyə əsaslanan iqtisadiyyat inkişaf etdiyini, gəlirlərin hakimiyyət qurumları arasında bölüşdürüldüyünü və xalqın ondan yararlanmadığını qeyd edib.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar