SON XƏBƏRLƏR

İranın 200 milyonluq təyyarəsinə ciddi ziyan dəyib

2023.07.28, 13:34
İranın 200 milyonluq təyyarəsinə ciddi ziyan dəyib

İranda uzaq məsafəli uçuşlar üzrə 300 seriyalı Airbus sərnişin təyyarəsi qəzaya uğrayıb.

Gunaz.tv

İranın “Kən Nyuz” xəbər agentliyinin məlumatına görə, “Homa” İran İslam Respublikası Hava Yollarına məxsus A300 Aibur sərnişin təyyarəsi iyulun 27-də xəsarət alıb.

Təyyarə periodik yoxlama məqsədi ilə Tehranın Xomeyni adına Hava Limanında anqara aparılarkən təyyarənin qanadı anqarın girişinə toxunub. Nəticdə  hava gəmisinə ciddi ziyan dəyib.

Bu hadisənin sanksiyaların hökm sürdüyü şəraitdə baş verib. Qeyd edək ki, bu növ enli gövdəli təyyarələrdən İranın istifadəsində yalnız  3 ədəd qalıb. 

Agentlik qeyd edib ki, A300 Airbus sərnişin təyyarəsinin dünya bazarında qiyməti 200 milyon dollardır.

Fransanın 300 seriyalı Airbus təyyarələri 1972-ci ildən 2007-ci ilədək istehsal olunub. 

 Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar