SON XƏBƏRLƏR

İranda resstoran sahəsi iflasa uğrayıb

2023.08.01, 16:08
İranda resstoran sahəsi iflasa uğrayıb

İranda inflyasiya səviyyəsi və qiymətlərin artması restoran sahəsinin çökməsinə səbəb olub.

Gunaz.tv

Bu barədə İranın "İqtisad24" saytı məlumat yayıb.

"Malların bahalaşması, insanların alıcılıq qabiliyyətinin aşağı düşməsi restoran sahiblərinin satışlarının ən azı 50 faiz azalmasına səbəb olub",- .Restoran və Özünəxidmət Birliyinin başçısı Əli Əsgər Miribrahimi deyib.

Onun sözlərinə görə, bu ticarətdə bir çox aktiv bölmələr bağlanıb.

Bununla yanaşı məcburi hica qaydalarının sərtləşdirilməsi və hicab qaydalarını pozan qadınlara xidmət verən iş yerlərinin bağlanılması da bu sahənin fəaliyyətinin azalmasına səbəb olub.

Qeyd edək ki, bununla yanaşı ölkədə turizm sahəsi də acınacaqlı durumdadır və bu ölkəyə gedən turistlərin sayı kəskin azalıb.

İran Tur Operatorları Cəmiyyətinin İdarə Heyətinin sədri İbrahim Purfərəcin deyib ki, hazırda bir çox xarici turoperatorlar İranı səyahət istiqamətləri siyahısından çıxarıb və bu prosedur uzanarsa, bir müddət sonra İranın adı daha səyahət istiqamətləri sırasında yer almayacaq.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar