SON XƏBƏRLƏR

İran 190 ölkədən geri qalır

2023.08.01, 17:30
İran 190 ölkədən geri qalır

İran Beynəlxalq Maliyyə Təşkilatının (FATF) qara siyahısında olması səbəbindən 190 ölkədən geridə qləb.

Gunaz.tv

Bu barədə İranın "Ticarət Nyus" saytı məlumat yayıb.

Xarici İşlər Nazirliyinin keçmiş müavini və İran İslam Respublikası Sisteminin Qiymətləndirilməsi Forumunun üzvü Seyid Məhəmməd Sədr bunun ölkə üçün ciddi fəsadları barədə xəbərdarlıq edib.

"Hökumət xarici siyasətə üstünlük verməlidir, dəyişiklik etməlidir. Əks halda İran iqtisadiyyatına dahada ağır zərbələr dəyəcək və bu qarşısı alınmaz problemlərlə nəticələnəcək",- Sədr bildirib.

Qeyd edək ki, çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi riski yüksək olan ölkələr FATF-ın qara siyahısına daxil edilib və nəticədə digər ölkələrin hüquqi və hətta fiziki şəxsləri ilə maliyyə əməliyyatları məhdudiyyət və problemlərlə üzləşir.

İranın adı 2020-ci ildə bu siyahıya salındıqdan sonra FATF İranla pul əməliyyatlarına geniş məhdudiyyətlər qoyub.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar