SON XƏBƏRLƏR

Füzuli şəhərinə qayıdış başlayır

2023.08.05, 13:52
Füzuli şəhərinə qayıdış başlayır

İlkin olaraq Füzuli rayonuna 114 ailə köşürüləcək.

Gunaz.tv

Avqustun 5-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Füzuli şəhərinə birinci mərhlədə köçürüləcək ailələr arasında püşkatma keçirib. 

Püşkatmada 144 ailə  iştirak edib. Ailə tərkibinə uyğun olaraq, onlardan 51-i ikiotaqlı, 76-sı üçotaqlı, 17-si dördotaqlı mənzil ilə təmin olunub.

Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşıblar. 

Püşkatmada iştirak etmiş ailələr qısa müddətdə Füzuli şəhərinə yola salınacaqlar.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar