SON XƏBƏRLƏR

İran Amerikanı hədələyir

2021.10.20, 07:36
İran Amerikanı hədələyir

Gunaz.tv

İran Amerikanı hədələyirGünazTV: Tehran hücuma məruz qaldığı təqdirdə ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarını bir neçə dəqiqə ərzində darmadağın etməklə hədələyib.Amerikanın səsi"nin yaydığı məlumata görə, İsrail mübahisəli nüvə proqramı ətrafında gedən danışıqlarda proqres əldə olunmadığı halda İrana hücum edəcəyinə eyham vurub.  ABŞ da son əlac kimi hərbi variantın masa üzərində qaldığını deyir, lakin hələlik iqtisadi sanksiyaları davam etdirməyə üstünlük verir.“Bu bazaların hamısı bizim raketlərin radiusundadır və işğal olunmuş torpaqlar (İsrail) da bizim üçün yaxşı hədəfdir,” - deyə  komandir Əmil Əli Hacızadə bildirib.Hacızadə deyir ki, 35 ABŞ hərbi bazası İranın ballistik raketlərinin qət edə biləcəyi məsafədə yerləşir. Bu raketlərin son modelləri 2000 kilometr məsafədəki hədəfi vurmağa qadirdir. “Biz hücumdan bir neçə dəqiqə sonra bu raketləri işə salmağı planlaşdırmışıq,” deyə Hacızadə əlavə edib.     Müdafiə ekspertləri İranın bu növ iddialarına skeptik yanaşırlar.  Çoxlarının fikrincə, İranın hərbi imkanları ABŞ-ın mürəkkəb müdafiə sistemindən texnoloji baxımdan xeyli geridə qalır.

S.B

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar