SON XƏBƏRLƏR

Güneyli milli fəal İranın təhlükəsizlik idarəsinə çağırılıb

2023.08.19, 11:52
Güneyli milli fəal İranın təhlükəsizlik idarəsinə çağırılıb

Təbrizin Təhlükəsizlik (ETTİLAAT) İdarəsi güneyli milli fəala zəng edərək onun idarəyə gəlməsini tələb edib.

Gunaz.tv

Güney azərbaycanlı milli fəal Vəhid Əbhəri bu gün öz Instagram hesabında təhlükəsizlik idaərisnə çağırıldığını bildirib: “Təbrizin Təhlükəsizlik İdarəsindən bu gün səhər mənimlə telefon əlaqəsi saxlayaraq, idarəyə gəlməyimi tələb ediblər. Əks halda, müxtəlif hədələrə məruz qalacağımı bildiriblər.”

Qeyd edək ki, Vəhid Əbhəri dəfələrlə təhlükəsizlik məmurları tərəfindən saxlanılıb. Bu dəfə niyə çağrıldığı barədə hələ məlumat verilməyib.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar