SON XƏBƏRLƏR

Təbrizdə etiraz aksiya keçirilib

2023.08.19, 13:13
Təbrizdə etiraz aksiya keçirilib

Avqustun 18-i gecə saatlarında Təbrizin Bağmeşə, Vənək və Vəlipur məhəllələrində iki həftədən çoxdur davam edən suyun kəsilməsinə qarşı etiraz aksiyası keçirilib.

Gunaz.tv

Bu barədə Təbrizin yerli mediası və sosial media fəalları məlumat paylaşıblar.

Qeyd edək ki, avqustun 1-dən Təbrizin 24 məhəlləsində içməli suyun verilməsi dayandırılıb.

Bir neçə məhəllənin su problemi aradan qaldırılsa da,  bir çox bölgələrdə su qıtlığı hələ də davam edir.

Bundan əvvəl Şərqi Azərbaycan əyalətinin Su və Kanalizasiya Şirkəti təbrizlilərə problemin həlli ilə bağlı söz versə də, bu, özünü doğrultmayıb.

Təbrizin içməli suyunu təmin edən Nəhənd su anbarında suyun tükənməsi ilə eyni vaxtda Təbriz ətrafı kəndlərdə də içməli su çatışmazlığı yaranıb.

Ümumilikdə, hazırda Şərqi Azərbaycan əyalətinin 700 kəndində su qıtlığı yaşanır.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar