SON XƏBƏRLƏR

Prezident İlham Əliyev “Total Energies” şirkətinin baş icraçı direktorunu qəbul edib

2023.08.31, 11:04
Prezident İlham Əliyev “Total Energies” şirkətinin baş icraçı direktorunu qəbul edib

Prezident İlham Əliyev avqustun 31-də “Total Energies” şirkətinin baş icraçı direktoru Patrik Puyanneni qəbul edib.

Gunaz.tv

Görüşdə “Abşeron” yatağında hasilatın başlanılması vurğulanıb və layihənin parametrləri barədə dövlətimizin başçısına ətraflı məlumat verilib.

Qeyd edilib ki, hasilat quyusu ən məhsuldar və ən aşağı karbon tullantılarına malik quyudur.

Bu da yatağın potensialının zənginliyinin və perspektivinin aydın göstəricisidir.

Söhbət zamanı “Total Energies” şirkətinin Azərbaycanda fəaliyyətinin genişləndirilməsi, o cümlədən “Abşeron” yatağının tam işlənmə mərhələsinə keçməsi barədə fikir mübadiləsi aparılıb.

Ölkə ərazisində, o cümlədən Naxçıvanda bərpaolunan enerji layihələrinin həyata keçirilməsi perspektivi və potensialı müzakirə edilib.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar