SON XƏBƏRLƏR

Hakan Fidan İranda Abdullahianla görüşdü

2023.09.03, 16:33
Hakan Fidan İranda Abdullahianla görüşdü

İrana səfər edən Türkiyə xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Hüseyn Əmir Abdullahianla görüşüb.

Gunaz.tv

Bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, XİN başçıları görüş zamanı regional və beynəlxalq məsələləri müzakirə ediblər.

Bu, Hakan Fidanın xarici işlər naziri postuna təyin edilməsindən sonra İrana ilk səfəridir.

O, Tehrandan getməmişdən əvvəl Moskvaya səfər edib və bu ölkənin xarici işlər naziri Sergey Lavrovla görüşüb.

"Türkiyə xarici işlər nazirinin İrana səfəri zamanı İranla istənilən sahədə əməkdaşlığın gedişatı dəyərləndiriləcək. Həmçinin, regional və beynəlxalq hadisələr hər iki nazir tərəfindən müzakirə edilib,  nəzərdən keçiriləcək",- Türkiyə Xarici İşlər Nazirliyinin səfərlə bağlı yaydığı bəyanatında bildirilib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar