SON XƏBƏRLƏR

İraqda iranlı zəvvarlar qəzaya uğradı- Ölənlər var

2023.09.05, 16:00
İraqda iranlı zəvvarlar qəzaya uğradı- Ölənlər var

İraqın Bəsrə şəhərində baş verən yol qəzası nəticəsində daha 10 iranlı ziyarətçi həlak olub, 3 nəfər yaralanıb.

Gunaz.tv

Bu barədə İranın Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi Hüseyn Derəxşan məlumat verib.

Bir neçə gün əvvəl isə İraqın Səlahəddin əyalətinin Əldəcil-Samirra yolunda iranlı ziyarətçiləri daşıyan avtobus ağır yol nəqliyyat hadisəsi törədib.

Qəza nəticəsində 14 iranlı həlak olub, 13 nəfər isə ağır bədən xəsarətləri ilə xəstəxanaya köçürülüb.

Qeyd edək ki, İraqda həlak olan iranlı ziyarətçilərin sayı ötən illə müqayisədə 71% artıb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar