SON XƏBƏRLƏR

İran XİN Parisdə səfirliyinə hücumla bağlı Fransaya nota göndərib

2023.09.11, 14:09
İran XİN Parisdə səfirliyinə hücumla bağlı Fransaya nota göndərib

İran Xarici İşlər Nazirliyi Parisdəki diplomatik nümayəndəliyinə hücumla əlaqədar Fransaya etiraz notası göndərib. Fars agentliyi xəbər verir ki, bu barədə İran XİN rəsmi nümayəndəsi Nasir Kənani məlumat verib.

Gunaz.tv

"Biz bu hərəkəti qətiyyətlə pisləyirik. Diplomatik quruma hücum səfirliyin konsulluq şöbəsinin işinə müdaxilə cəhdi və konsulluq xidməti almaq üçün diplomatik nümayəndəliyə müraciət edən vətəndaşların hüquqlarına qəsddir", o deyib.

O, səfirliyə hücum ehtimalı ilə bağlı bir neçə gün əvvəl Fransaya və bəzi Avropa ölkələrinin hakimiyyət orqanlarına xəbərdarlıq etdiklərini xatırladıb.

Xatırladaq ki, sentyabrın 9-da naməlum şəxs İranın Parisdəki səfirliyinin konsulluq şöbəsinin yerləşdiyi arxa qapını yandırıb.

Ertəsi gün İslam Respublikasının diplomatik missiyasının öz işini bərpa etdiyini bildirilib. Hücum edən şəxsin səfirliyin qapısına “Molotov kokteyl”i atdığı məlum olub.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar