SON XƏBƏRLƏR

Azərbaycan Ordusunun yol qəzasında həlak olan hərbçisi dəfn olunub

2023.09.14, 12:31
Azərbaycan Ordusunun yol qəzasında həlak olan hərbçisi  dəfn olunub

Azərbaycan Ordusunun çətin relyefli dağlıq ərazidə baş verən yol qəzasında həlak olan hərbçisi Taleh Əliyev dəfn olunub. Mərhum Zərdab rayonunun Gödəkqobu kəndinin qəbiristanlığında torpağa tapşırılıb.

Gunaz.tv

Mərasimdə hərbçinin ailə üzvləri, Zərdab Rayon İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanı əməkdaşları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Hərbi orkestr Dövlət Himnini səsləndirib.

Qeyd edək ki, mərhum Taleh Əliyev 10 ilə yaxın idi ki, müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu kimi Azərbaycan Ordusunda xidmət edirdi. Evli idi, iki qız övladı var.

 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar