SON XƏBƏRLƏR

Türkiyənin Baş Prokuroru Şuşa və Füzuliyə səfər edib

2023.09.14, 16:35
Türkiyənin Baş Prokuroru Şuşa və Füzuliyə səfər edib

Azərbaycanda səfərdə olan Türkiyənin Baş prokuroru Bəkir Şahinin rəhbərlik etdiyi nümayəndə heyəti Şuşaya səfər edib.

Gunaz.tv

Səfər iştirakçıları Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı qələbə nəticəsində Şuşaya səfər etmək imkanı əldə etdiklərini, bu tarixi torpaqda olmaqdan sevinc və qürür hissi keçirdiklərini bildiriblər. Cıdır düzü, Yuxarı və Aşağı Gövhər Ağa məscidləri, Qala divarları, Gəncə qapısı və bir sıra tarixi-mədəni abidələri ziyarət edib, vandalizmin ağır nəticələrini təəssüf hissi ilə müşahidə ediblər. M mədəniyyət paytaxtımızda görülmüş bərpa-quruculuq işləri ilə yaxından tanış olublar.

Səfər çərçivəsində həmçinin Füzuli rayonunda olan nümayəndə heyəti orada aparılan yenidənqurma işlərinin, həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələrin, o cümlədən yeni salınmış yaşayış massivlərinin,  digər sosial təyinatlı obyektlərin onlarda böyük təəssürat yaratdığını qeyd ediblər.

Qonaqlar Türkiyənin Vətən müharibəsində ölkəmizə göstərdiyi mənəvi-siyasi dəstəyin davamı olaraq quruculuq işlərində də  iştirakının önəmini vurğulayıblar.

Türkiyənin Baş prokuroru Bəkir Şahinin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə rəsmi səfəri davam edir.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar