SON XƏBƏRLƏR

Amerika keçmiş prezident və Təhlükəsizlik Nazirliyinə sanksiya tətbiq etdi

2023.09.19, 11:13
Amerika keçmiş prezident və Təhlükəsizlik Nazirliyinə sanksiya tətbiq etdi

ABŞ-la İran arasında məhbusların mübadiləsindən dərhal sonra Co Bayden hökuməti Mahmud Əhmədinejada, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinə (ETTELAAT) qarşı yeni sanksiyalar tətbiq edib.

Gunaz.tv

Co Bayden sentyabrın 18-i verdiyi açıqlamada keçmiş prezidnet Əhmədinejad və Kəşfiyyat Nazirliyinə qarşı qeyri-qanuni həbslərdə iştiraklarına görə sanksiya tətbiq olunduğunu elan edib.

"İranın bölgədəki təxribatçı hərəkətlərinə görə ona qarşı tədbirlər görməyə davam edəcəyik",- Baydenin bəyanatında bildirilir.

Qeyd edək ki, bu,  iki ölkə arasında məhbus mübadiləsinin tənqid olunması fonunda baş verib.

Keçmiş prezident Donald Tramp məhbus mübadiləsi barədə razılaşmaya görə Co Baydeni axmaq adlandırıb.

"Müxtəlif ölkələrdən 58 girovu heç nə ödəmədən geri qaytardım, səriştəsiz liderimiz, fırıldaqçı və axmaq Co Bayden isə 5 nəfərə görə 6 milyard dollar ödədi, İran isə bunun qarşılığında heç nə ödəmədi",- Tramp bildirib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar