SON XƏBƏRLƏR

Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Ağdam istiqamətində iki hərbçimiz yaralanıb

2023.09.19, 12:36
Ermənistan silahlı qüvvələrinin təxribatı  nəticəsində Ağdam istiqamətində  iki hərbçimiz yaralanıb

Sentyabrın 19-u saat 11:45 radələrində Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub.

Gunaz.tv

Bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. Xəbərə görə, nəticədə Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanıb.

Hərbi qulluqçularımıza dərhal ilkin tibbi yardım göstərilib.

"Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb", MN-in məlumatında deyilir.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar