SON XƏBƏRLƏR

Taliban İrana etiraz etdi

2023.10.11, 12:06
Taliban İrana etiraz etdi

İran hökumətinin bu ölkədə yaşayan əfqanistanlı qaçqınlara qarşı təzyiqləri Talivanın etirazına səbəb olub.

Gunaz.tv

Kabilin valisi Məhəmməd Qasim Xalid Tehran hökumətinə xəbərdarlıq edib.

O, İran hökumətinin müsəlmanlara qarşı İsraildən daha qəddar davrandığını deyib.

Xalid, İran və Pakistan vətəndaşlarına çağırış edərək onlardan əfqanistanlılara qarşı zülmülərə görə Tehran və İslamabada təzyiq göstərmələrini istəyib.

Qeyd edək ki, xüsusilə son vaxtlar İran hökumətinin əfqanıstanlı qaçqınlara qarşı qeyri-insani davranışlarını əks etdirən çox sayda video və xəbərlər yayılıb.

Son günlər İranın bir neçə şəhərində əfqanistanlı qaçqınların evlərinə hücumlar edilib, onların ölkədən çıxması üçün təzyiq göstərilib.

İran rəsmilərinin bunu təkzib etmələrinə baxmayaraq, qaçqınlara qarşı ədalətsiz və aşağılayıcı hərəkətlər bu ölkə ilə Taliban hakimiyyəti arasında münasibətlərin gərginləşməsinə səbəb olub. 

Bir müddət əvvəl İran-Əfqanistan sərhədində 11 əfqanistanlı öldürülüb, son bir il ərzində isə İranda öldürülən 470 əfqanistanlının meyiti vətənlərinə göndərilib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar