SON XƏBƏRLƏR

Casusluqda ittiham olunan İran vətəndaşına hökm oxunub

2023.10.12, 12:56
Casusluqda ittiham olunan İran vətəndaşına hökm oxunub

Oktyabrın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində İrana cəsusluqda təqsirləndirilərək həbs edilən İran vətəndaşı Astan Babəkın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Gunaz.tv

 

Azərbaycandakı hərbi hissələrin, başqa strateji obyektlərin şəkil və bilgilərini toplayıb, İranın xüsusi xidmət orqanlarının generalına ötürən 48-yaşlı A.Babəkə 12 il həbs cəzası kəsilib.

Cəzasını çəkəndən sonra A.Babak Azərbaycan ərazisindən məcburi çıxarılmalıdır.

İttihama görə, İran vətəndaşı Astan Babak bu il Naxçıvan şəhərində saxlanılıb. O, İrandan Azərbaycana ali təhsil almaq üçün gələn tələbələrə bələdçilik adı ilə Bakıya gəlib gedirmiş. 

Azərbaycanda olduğu müddətdə ölkədəki hərbi hissələrin və digər strateji obyektlərin yerini öyrənərək İran xüsusi xidmət orqanlarına ötürübmüş. Sonuncu dəfə o İran xüsusi xidmət orqanlarına məlumat ötürərkən Naxçıvandakı otellərdən birində saxlanılıb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar