SON XƏBƏRLƏR

Zənganda 67 məktəbli zəhərlənib

2023.10.30, 11:32
Zənganda 67 məktəbli zəhərlənib

Zəngan şəhərinin qızlar üzrə texniki peşə məktəbinin 67 şaghirdi zəhərlənmə səbəbindən xəstəxanalara yerləşdiriliblər.

Gunaz.tv

Zənganın Tibb Elmləri Universitetinin Ümumi Əlaqələr Şöbəsinin müdiri Həsən isimxani Kövsər Tenxiki Peşə Məktəbində şagirdlərin bəlli olmayan səbəbdən zəhələndiklərini bildirib.

Zəhərlənmiş şagirdlər şəhərin 4 xəstəxanasına yerləşdirilib.

“Zəhərlənmənin səbəbi araşdırılır. Zəhərlənmiş 67 şagirdin durumu qənaətbəxşdir.”-deyə İsimxani bildirib. 

İranda 2022-ci ilin sentyabrından hakimiyyətə qarşı başlanmış “Qadın, Yaşam, Azadlıq” hərəkatında həmin il ölkənin xeyli şəhərlərində məhz qızlara məxsus orta məhkətblərində kütləvi zəhərlənmələr başlamışdır. 

Məktəblərdə ardıcıl zəhərlənməyə səbəb hakimiyyətə bağlı qüvvələrin hiss olunmaz qazın məxfi şəkildə siniflərə buraxılması olduğu güman olunur. 

Hakimiyyətin rəsmiləri bu barədə tədqiqat parılacağını dəfələrlə bildirsələr də hələ də zəhərlənmələrin kimlər tərəfindən olunduğu barədə açıqlama verilməyib.

Siyasi analitiklər bu olayların İran hakimiyyətinin qadınların hüquqları üzrə başlnamış hərəkata qarşı intiqam xarakteri daşıdığını bildiriblər.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar