SON XƏBƏRLƏR

İranın XİN başçısı Türkiyəyə səfər edib

2023.11.01, 15:15
İranın XİN başçısı Türkiyəyə səfər edib

İranın XİN başçısı Hüseyn Əmir Abdullahiyan Türkiyəyə səfər edib.

Gunaz.tv

O, noyabrın 1-də Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb.

Görüşdə ikitərəfli məsələlər, eyni zamanda, Fələstində baş verən son hadisələr və atəşkəs barədə müzakirələr aparılıb.

İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian ikitərəfli görüşdən sonra Ankarada türkiyəli həmkarı ilə birgə mətbuat konfransı keçirib.

O, İran Prezidenti İbrahim Rəisinin Qəzzada müharibənin dərhal dayandırılması məqsədilə İslam ölkələri dövlət başçılarının iştirakı ilə görüş keçirmək təklifini  təqdim edib.

Qeyd edək ki, HƏMAS-ın İsrailə hücumunu dəstəkləyən İran təzyiqlərin artması və ABŞ-nın Tehran hakimiyyətinə xəbərdarlıqlarından sonra atəşkəs barədə təkliflər irəli sürüb.

Ekspertlər rəsmi Tehranın bu məsələdə səmimi olmadığını, təzyiq və ehtimal edilən zərbələrdən qaçmaq üçün riyakar metodlara əl atdığını bildirirlər.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS-ın hücumundan sonra Tehran hökuməti İsrailin məhvinə qədər hücumların davam edəcəyini demişdi.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar