SON XƏBƏRLƏR

İran yenədə proksi qüvvələrinin olduğunu inkar etdi

2023.11.04, 12:59
İran yenədə proksi qüvvələrinin olduğunu inkar etdi

Oktyabrın 7-i HƏMAS-ın İsrailə qarşı hücumundan sonra baş verən proseslər və İrana cavab zərbələri endiriləcəyi barədə xəbərdarlıqlar Tehranın bölgədə proksi qüvvələrinin olduğunu inkar etməyə məcbur edib.

Gunaz.tv

Tehranın bu qəbildən olan bəyanatlarının ardınca xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan noyabrın 3-də yenidən İranın bölgə ölkələrində proksi qüvvələrinin olmadığını iddia edib.

O, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli ilə telefon danışığında deyib.

Abdullahiyan "müqavimət hərəkatı" adlandırdığı silahlı qrupların İrandan göstəriş almadıqlarını, mövcud şərayit və ölkələrinin təhlükəsizlik maraqlarına uyğun müstəqil qərarlar qəbul etdiklərini bildirib.

Qeyd edək ki, Abdullahiyanın bu iddiası, İraqda fəaliyyət göstərən SEPAH-a bağlı "Nücəba" silahlı qruplaşmasının komandirlərinin Tehrana səfəri ilə eyni vaxta təsadüf edir.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar