SON XƏBƏRLƏR

İsrail ordusu HAMAS-ın daha 450 hərbi obyektinə zərbə endirib

2023.11.06, 10:58
İsrail ordusu HAMAS-ın daha 450 hərbi obyektinə zərbə endirib

İsrail Müdafiə Qüvvələri (İsrael Defence Forces – İDF) ötən gün HAMAS-ın 450 hərbi obyektinə zərbə endirib, təşkilatın xüsusi əməliyyatlarına cavabdeh olan, “Abu Mazzab” kimi tanınan briqada komandiri Camal Musa (Jamal Musa) öldürülüb.

Gunaz.tv

Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, HAMAS döyüşçülərinin toplaşdığı tunellər, komanda mərkəzləri, hərbi bazalar, müşahidə məntəqələri və tank əleyhinə raket qurğuları hədəfə alınaraq vurulub.

Həmçinin əlavə olunub ki, İsrail ordusu Qəzza zolağında hərbi əməliyyatlar nəticəsində HAMAS-a məxsus hərbi düşərgəni nəzarətə götürüb.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar