SON XƏBƏRLƏR

Donald Tramp İran və Ukrayna üzrə diplomatik səylərə Amerika hərbçilərini cəlb edib

2026.02.08, 10:58
Donald Tramp İran və Ukrayna üzrə diplomatik səylərə Amerika hərbçilərini cəlb edib

Amerika prezidenti Donald Tramp ənənəvi diplomatik yanaşmadan kənara çıxaraq Amerika Quru Qoşunlarının naziri Deniel Driskollu Ukrayna üzrə danışıqlara, Amerika Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuperi isə Omanda İranla aparılan danışıqlara cəlb edib.

Gunaz.tv

Bu barədə "Associated Press agentliyi məlumat yayıb.

Agentliyin xatırlatmasına görə, hər iki danışıqlar xətti Amerika prezidentinin kürəkəni Cared Kuşner və prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoffun məsuliyyət zonasına daxildir. Məlumata əsasən, hərbi rəhbərlərin diplomatik prosesə cəlb olunması onların təcrübəsi, bilikləri və mövcud əlaqələri ilə izah oluna bilər.

Qeyd olunur ki, bu addım, eyni zamanda, danışıqların iştirakçılarına Amerikanın zərurət yarandığı halda daha sərt üsullara hazır olduğunu göstərmək məqsədi daşıya bilər.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar