SON XƏBƏRLƏR

ABŞ-ın İsraildəki səfiri: İrana qarşı hərbi əməliyyatların qarşısının alınmasının mümkünlüyünə şübhə edirəm

2026.02.17, 11:50
ABŞ-ın İsraildəki səfiri: İrana qarşı hərbi əməliyyatların qarşısının alınmasının mümkünlüyünə şübhə edirəm

ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi Cenevrədə keçiriləcək ABŞ-İran danışıqlarına toxunaraq bildirib ki, İran hökuməti ilə razılaşma əldə olunacağına ümid edir, lakin rejimə qarşı hərbi əməliyyatların qarşısının alınacağına şübhə edir.

Gunaz.tv

O bu barədə bazar ertəsi gecəsi Qüdsdə keçirilən konfransdakı çıxışında bildirib.

“İranın onu nüvə ambisiyalarından uzaqlaşdıracaq hər hansı bir şərtə razı olacağına ciddi şübhə var. Onların baxış bucağında və istiqamətində köklü dəyişiklik etmələrinin və ya növbəti ağrılı təcrübə ilə üzləşmələrinin vaxtıdır.” - deyə o bildirib.

 

Ş.A

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar