SON XƏBƏRLƏR

ABŞ iranlıları Afrikaya köçürür

2026.06.13, 00:38
ABŞ iranlıları Afrikaya köçürür

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, ABŞ hökuməti üçüncü ölkələrə deportasiya siyasəti çərçivəsində bir qrup iranlı miqrantı Mərkəzi Afrika Respublikasına göndərməyi planlaşdırır.

Məlumatlara əsasən, ilk mərhələdə İran, Əfqanıstan, Suriya və Türkiyədən olan təxminən 20 miqrant Mərkəzi Afrika Respublikasının paytaxtı Banqiyə köçürüləcək.

Bu addım insan hüquqları təşkilatları və miqrasiya hüquqşünaslarının etirazı ilə qarşılanıb. Tənqidçilər bildirirlər ki, təhlükəsizlik və iqtisadi problemlərlə üzləşən bir ölkəyə miqrantların göndərilməsi onların təhlükəsizliyini və gələcəyini risk altına sala bilər.

ABŞ hökuməti isə bu proqramı mənşə ölkələrinə birbaşa qaytarılması hüquqi və ya siyasi maneələrlə üzləşən miqrantların işlərinə baxılması üçün hazırlanan strategiyanın bir hissəsi kimi qiymətləndirir.


GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar