SON XƏBƏRLƏR

XƏDİCƏ İSMAYILOVA ÖDÜL ALMIŞDIR

2021.10.20, 07:36
XƏDİCƏ İSMAYILOVA ÖDÜL ALMIŞDIR

Gunaz.tv

XƏDİCƏ İSMAYILOVA ÖDÜL ALMIŞDIR

Azadlıq Radiosunun əməkdaşı, tanınmış jurnalist Xədicə İsmayılova, ödül almışdır. Xədicə xanım bu ödülü Müstəqil media və söz azadlığı üçün çalışqanlığına görə Gerd Buserius adlı “ Şərqi Avropada azad mətbuat” ödülünü almışdır.

Bu ödül  2000-ci ildən həvəsləndirici bir ödül olaraq şərqi Avropada bir sıra ölkələrdə söz azadlığı və vətəndaş cəmiyyəti uğrunda mübarizə edən jurnalistlərə sunulur.

Azadlıq Radiosuna istinadən 2004-cü ildən fond bu ödülü Norveçin “Azad söz” fondu ilə birgə təqdim edir.  Azərbaycanda bundan öncə də bu ödülü alan jurnalistlər olmuşdur.

Ödülün mərasimi 24 may 2012-ci ildə Hamburgda keçiriləcək.

Dəyərli jurnalistimiz Xədicə xanımı bu münasibətlə təbrik edirik.  Azərbaycan jurnalistikasına daha böyük başarılar diləyirik.

M.R 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar