SON XƏBƏRLƏR

Sinqapurda İsrailin Müdafiə nazirinə qarşı sui-qəsdin qarşısı alındı

2021.10.20, 07:36
Sinqapurda İsrailin Müdafiə nazirinə qarşı sui-qəsdin qarşısı alındı

Gunaz.tv

GünAz TV: İsrailli nümayəndə heyətinin maşınının altına bomba quraşdırılmışdı.

Küveytin Al-Jareeda qəzetinin məlumatına görə, İsrailin Müdafiə naziri Ehud Barak Sinqapurda işgüzar səfərdə olarkən ona qarşı hazırlanmış sui-qəsd planının qarşısı alınıb.

Ehud Barakla bərabər Müdafiə Nazirliyinin Baş direktoru Udi Şani də terroristlərin hədəfində olub. Belə ki, beynəlxalq avia-şou (air-show) zamanı Sinqapur təhlükəsizlik qüvvələrinə terror planı haqda məlumat daxil olub. Hərəkətə keçən hüquq-mühafizə orqanları Ehud Barakın avtomobilinin altında quraşdırılmış bombanı aşkar edərək zərərsizləşdiriblər. Bu barədə “oxuməni.az” xəbər yayıb.

Məlumatda o da bildirilir ki, terrorun təşkilində şübhəli bilinən 3 nəfər həbs edilib. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar