SON XƏBƏRLƏR

Vaşinqton Tehranın son bəyanatlarına cavab verib

2021.10.20, 07:36
Vaşinqton Tehranın son bəyanatlarına cavab verib

Gunaz.tv

GünAz TV: ABŞ (Amerika Birləşmiş Ştatları) rəsmiləri İranın nüvə danışıqlarına hazır olmasına dair məktubu və uran zənginləşdirilməsi ilə bağlı son bəyanatına münasibət açıqlayıb.

İranın nüvə yanacağının hasilatı üzrə iki böyük irəliləyişə nail olması barədə iddialarından bir gün əvvəl bu ölkənin nüvə danışıqları üzrə nümayəndəsi Səid Cəlili danışıqların mümkün qədər tez başlamasına hazır olduqlarına dair məktub göndərib.

Obama administrasiyası (yönətim) isə İranın son bəyanatlarını mənasız adlandırıb və bildirib ki, Tehranın davranışı onun iqtisadi sanksiyalar (təhrim) nəticəsində çəkdiyi sıxıntının göstəricisidir. ABŞ dövlət departamentinin (xarici işlər nazirliyi) mətbuat katibi Viktoriya Nuland deyib ki, İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin hazırki təftişlərindən də faydalanaraq, hamıya özünün iddia etdiyi kimi nüvə proqramının tam dinc məqsəd daşıdığını göstərməlidir.

"Bir daha qeyd edim ki, biz bütün müttəfiqlərimiz, o cümlədən qonşu dövlətlərlə birlikdə sanksiyaların qüvvəyə minməsinə diqqətimizi yönəltmişik." - Viktoriya Nuland belə deyib. Onun sözlərinə görə, İranın uran zənginləşdirilməsi ilə bağlı başladığı sonuncu mərhələ də yenilik deyil və ABŞ rəhbərliyi bunu böyük xəbər hesab etmir.

ABŞ-ın nüvə eksperti (karşünas) Coul Rubin isə bildirib ki, İranın son bəyənatı bu məsələyə ciddi yanaşılmasının vacibliyini göstərir. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar