SON XƏBƏRLƏR

İran Tehrandakı reaktora nüvə yanacağı yükləyib

2021.10.20, 07:36
İran Tehrandakı reaktora nüvə yanacağı yükləyib

Gunaz.tv

GünAz TV: İran öz istehsalı olan nüvə yanacağı çubuqlarını paytaxt Tehrandakı Araşdırma Reaktorunda istifadə etməyə başlayıb.

 

Dövlət televiziyasında canlı yayımlanan mərasimdə ağ önlük geyən Əhmədinejad Atom Enerjisi Təşkilatının rəhbəri Firudun Abass Davani ilə reaktora daxil olub. Sanki şou göstərən Əhmədinejad İranın yüzdə 20 faiz zənginləşdirilmiş ilk yerli uranı Tehran Araşdırma Reaktoruna yükləyib. Yanacaq yükləmə əməliyyatını başlayan İran Prezidenti bundan başqa 4 reaktorun da qurulacağını söyləyib. Dövlət televiziyası canlı yayıma fasilə verib motosikletli sui-qəsdçilər tərəfindən öldürülən iranlı dörd elm adamının fotoşəkillərini göstərib.

 

Televiziya eyni zamanda yerli istehsal olan dördüncü nəsil uran zənginləşdirmə sentrifuqların da ictimaiyyətə təqdim ediləcəyini bildirib. Nüvə texnologiyasında kafilik mərhələlərindən biri kimi qəbul edilən bu prosesdə (sürəc) uran zənginləşdirmə əməliyyatının yüzdə 50 faiz artırılacağı ifadə edilib. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar