SON XƏBƏRLƏR

İrandan neft idxalı dayanarsa, Avropa İttifaqı bazarlarda neft tapacaq

2021.10.20, 07:36
İrandan neft idxalı dayanarsa, Avropa İttifaqı bazarlarda neft tapacaq

Gunaz.tv

GünAz TV: Avropa Komissiyası İrandan neft idxalının qəflətən dayanması halında enerji təhlükəsizliyinin fövqəladə planlarını nəzərdən keçirmir.

"Nefti beynəlxalq bazarlarda əldə etmək mümkündür. Səudiyyə Ərəbistanı hasilatı artırmağa hazırdır. Avropa İttifaqı-nın (Aİ) üzv dövlətlərindən verilən məlumata görə, onlar digər təchizat mənbələrinə keçəcəklər", - Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə günü Brüsseldə keçirilən brifinqdə (cələsə) Avropa Komissiyasının rəsmi nümayəndəsi Marlen Holtsner bəyan edib.

O, İran televiziyasının guya Aİ-nin altı ölkəsinin artıq Avropa embarqosu (təhrim, qadağa) səbəbindən İran nefti ilə bağlı çətinliklər hiss etməsi haqqında yaydığı məlumatla əlaqədar olaraq Aİ-nin hansı addımlar atacağı sualını belə cavablandırıb.

Digər rəsmi nümayəndə Maykl Mann həmin sualı cavablandırarkən deyib ki, İran və Aİ-nin hər hansısa ölkəsi arasında ikitərəfli xarakterli (mahiyyətli) belə problemlər haqqında heç bir məlumata malik deyil. O, Aİ-nin 2012-ci ilin iyulunda (July) İran neftinin idxalının dayandırılması haqqında qərarını xatırladıb. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar