SON XƏBƏRLƏR

Keçmiş Baş Qərargah rəisləri şahid qismində ifadə verəcəklər

2021.10.20, 07:36
Keçmiş Baş Qərargah rəisləri şahid qismində ifadə verəcəklər

Gunaz.tv

GünAz TV: "Balyoz" çevriliş planı ilə bağlı məhkəmə prosesi (sürəc) davam edir. İki keçmiş ordu rəisi "Balyoz" işi üzrə məhkəmədə dindiriləcək.

365 təqsirləndirilən şəxsin çevrilişə cəhd ittihamıyla mühakimə olunduğu iş üzrə keçirilən 77-ci iclasda İstanbul 10-cu Ağır Cəza Məhkəməsi mühüm qərarlar qəbul edib.

 Məhkəmə 5-7 mart 2003-cü il tarixləri arasında birinci orduda keçirilən seminarıyla bağlı Silahlı Qüvvələrin son hesabatında imzaları olan general Bəkir Kalyonçu, istefada olan general Yaşar Böyükanıt və Baş Qərargahın keçmiş Hərəkat rəisi, istefada olan general Köksal Karabayın şahid qismində dindiriməsinə qərar verib.

Bundan əlavə, yanvar (January) 2003-cü il tarixli mesaj forumunda imzası olan keçmiş TSQ Baş Qərargah rəisi İlkər Başbuğun da şahid qismində dindirilməsi qərara alınıb. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar