SON XƏBƏRLƏR

İran biabir oldu: “Bankonqda törədilən terror aktı ilə bağlı yeni məlumat açıqlandı”

2021.10.20, 07:36
İran biabir oldu: “Bankonqda törədilən terror aktı ilə bağlı yeni məlumat açıqlandı”

Gunaz.tv

GünAz TV: Tailand hökuməti 14 fevral (February) terroru ilə bağlı yeni məlumat açıqlayıb.

 Fevralın 14-də Bankonqda İran vətəndaşı Səid Muradinin törətdiyi partlayışda 4 nəfər yaralanıb. Səid Muradi özü iki ayağını itirib.

Tailand polis rəsmiləri jurnalistlərə bildiriblər ki, ölkəni tərk edərkən hava limanında (frudqah) tutulan digər İran vətəndaşının adı Məhəmməd Xəzai, Malayziyaya qaçan İran vətəndaşının adı isə Məsud Sədaqətzadədir.

Tailandın təhlükəsizlik rəsmisi isə tutulanların peşəkar killer (qatil) olduğunu bəyan edib: “Bu üç iranlı adam öldürməklə məşğul olan killer dəstənin üzvləridir. İranlılar ölkədə israilli diplomatları terrora hazırlaşırdılar. Onlar İsrail diplomatlarının avtomobillərinə bomba qoymağı planlaşdırmışdılar”.

 Tailandın xarici işlər naziri isə jurnalistlərə açıqlamasında tutulan iranlıların mənzilindən partlayıcı maddələr və bomba istehsalında istifadə olunan qurğular tapdıqlarını bildirib. Nazir iranlıların ölkə polisini və mülki vətəndaşları öldürməyə cəhddə, qanunsuz partlayıcı maddə saxlamaqda və İsrail diplomatlarını terrorda günahlandırıldığını bəyan edib. Media forum

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar