SON XƏBƏRLƏR

Törədilən terror aktlarında İran ittiham edilir

2021.10.20, 07:36
Törədilən terror aktlarında İran ittiham edilir

Gunaz.tv

GünAz TV: İranın bir neçə ölkədə diplomatlara hücumlarda təqsirli bilinməsi siyasi dairələri ən çox narahat edən məsələdir.

İran isə ona qarşı irəli sürülən ittihamları rədd edir. Bu dəfə İsrail İranı Taylandın paytaxtı Banqokda İsrail səfirliyinin nümayəndələrinə və xarici işlər nazirinə qarşı terror aktı törətməkdə ittiham edir. İran Daxili İşlər Nazirliyinin nümayəndəsi Ramin Mehmanpərəstin sözlərinə görə Tehranın İsrail səfirliklərinə qarşı törədilən silsilə hücumlarla heç bir əlaqəsi yoxdur. Əksinə Mehmanpərəst İsrail xüsusi xidmət orqanlarını bu məsələdə günahkar bilir.

Xatırladaq ki ,ötən gün Banqokda qeydə alınan 3 partlayış hadisəsi zamanı 4 Tayland vətəndaşı və özünü İran vətəndaşı kimi təqdim edən bir nəfər yaralanıb. Tayland hökumət rəsmiləri onun silsilə terror aktlarını planlaşdıran silahlı qruplaşmanın üzvü olduğunu güman edirlər. Tayland polisindən verilən məlumata görə Banqokda terror hadisəsinin planlaşdırıldığı barədə onlarda bir ay əvvəldən məlumat olub. Polis bu müddət ərzində araşdırmalar aparıb.

ABŞ (Amerika Birləşmiş Ştatları) da Banqokda baş verən partlayışlarda İranın əli olduğunu güman edir. Lakin bunu sübut edən faktların olmadığını bildirir. Bu barədə Birləşmiş Ştatların Dövlət Departamentinin (xarici işlər nazirliyi) rəsmi nümayəndəsi Viktoriya Nuland məlumat verib. Onun sözlərinə görə vaşinqton insidentlərin (hadisə) araşdırılmasının rəsmi nəticələrini gözləyir. «İsrailin və qərbin maraqları əleyhinə yönələn bu hadisələrin bir-biri ilə əlaqəsi olduğunu düşünürük»- deyə Nuland qeyd edib. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar