SON XƏBƏRLƏR

Xocalı soyqırımının tanınması üçün Türkiyə Böyük Millət Məclisinə müraciət olundu

2021.10.20, 07:36
Xocalı soyqırımının tanınması üçün Türkiyə Böyük Millət Məclisinə müraciət olundu

Gunaz.tv

GünAz TV: Milli Məclisin Türkiyə üzrə işçi qrupu Xocalı soyqırımının tanınması üçün Türkiyə Böyük Millət Məclisinə (TBMM) müraciət edib.

Bu barədə jurnalistlərə açıqlamasında işçi qrupunun üzvü Qənirə Paşayeva bildirib. Millət vəkili qeyd edib ki, artıq müraciət TBMM-ə göndərilib.

 Onun sözlərinə görə, müraciətdə Ermənistanın törətdiyi vandalizim aktları (əməlləri), o cümlədən Xocalı soyqırımı haqqında məlumatlar öz əksini tapıb: “Orada qeyd etmişik ki, Azərbaycan bütün dünyada Xocalı soyqırımının tanınması, buna siyasi-hüququ qiymət verilməsi istiqamətində addımlar atır. Bu yaxınlarda isə Meksika Konqresi, Pakistan Senatı Xocalı soyqırımı haqqında sənəd qəbul edib, qətliamı tanıyıb və onu kəskin formada pisləyib. Ona görə də qardaş ölkə olan Türkiyə Böyük Millət Məclisindəki qardaş-bacılarımızdan Xocalı soyqırımının 20 illiyi ərəfəsində parlamentdə bu soyqırım haqqında müzakirələrin keçirilməsi və hüququ qərar qəbul edilməsi xahiş olunur”.

 Millət vəkili hesab edir ki, Türkiyə parlamentinin qəbul edəcəyi qərar bütün dünyada Xocalı soyqırımının tanınması, hüquqi-siyasi qiymət verilməsi sahəsində Azərbaycana çox böyük və mühüm dəstək olardı. “İndi biz gözləyirik və ümid edirik ki, müraciətimizə Türkiyə parlamentində baxılacaq və Xocalı soyqırımı haqqında qərar qəbul olunacaq”. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar