SON XƏBƏRLƏR

Rus generalından İrana bəd xəbər

2021.10.20, 07:36
Rus generalından İrana bəd xəbər

Gunaz.tv

GünAz TV: Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Nikolay Makarov bildirib ki, Qərbin aparıcı dövlətləri bu ilin yayına qədər İran böhranının həlli üçün qəti qərar qəbul edə bilər:

“İran böhranı yaya qədər yeni mərhələyə daxil olacaq. Əlbəttə ki, İran bir yara kimidir. Bu barədə tezliklə bir qərar qəbul edilməlidir. Güman edirəm bu haqda qərar yaya qədər qəbul ediləcək”.

 

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Seyid Həsən Firuzabadi isə təhdidə qarşı təhdid strategiyasının “düşmənə verilən ən yaxşı cavab” olduğunu söyləyib. Onun sözlərinə görə, İrana hər hansı bir müdaxilə zamanı Tehranın cavabı sillə-yumruq olacaq:“ İranın ali dini rəhbəri Əli Xameneyinin son bəyanatı da elə beynəlxalq arenada (ərsədə) ölkəmiz əleyhinə həyasızca dilə gətirilən təhdidlərə verilən dəqiq cavabdır. Bu bəyanat İsrail və onun müttəfiqlərinin, İrana qarşı hər hansı bir hücum həyata keçirmək istəyərlərsə, İran xalqının sillə-yumruğu ilə qarşılaşacaqları mənasını verir”.

 

Tehranın nüvə silahı əldə etməsinə bütün gücü ilə qarşı çıxacağını bildirən Vaşinqton isə elan edib ki, İran probleminin həllinin heç bir ssenarisi istisna edilmir. Dövlət katibinin müavini vəzifəsini icra edən Maykl Hammer ABŞ-ın (Amerika Birləşmiş Ştatları) İranın nüvə təhlükəsinə cavab olaraq heç bir variantı (seçənək) istisna etmədiklərini söyləyib”. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar