SON XƏBƏRLƏR

İsrail portalı, İranı Gürcüstan mənbələrinə istinadən terrorda şübhəli sayır

2021.10.20, 07:36
İsrail portalı, İranı Gürcüstan mənbələrinə istinadən terrorda şübhəli sayır

Gunaz.tv

GünAz TV: Gürcüstanın paytaxtı Tiflisdə israilli diplomatlara qarşı həyata keçirilən terror aktının (əməlinin) arxasında böyük ehtimal ki, İran dayanıb.

Bu barədə İsrailin "Kursor" portalı Gürcüstanın Daxili İşlər Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb. Agentliyin mənbəsinin sözlərinə görə, Gürcüstanın güc strukturları (saxtar, yapısal)  israilli həmkarları ilə birdirlər və bu hadisələrin araşdırılması üçün bütün dəstəklərini göstərirlər.

Qeyd edək ki, daha öncə də həm İsrail, həm də Gürcüstan mətbuatında israilli təhqiqatçıların baş verən hadisəni araşdırmaq üçün Tiflisə gedəcəkləri barədə informasiya yayılmışdı.

Gürcüstan prezidentinin mətbuat katibi Manana Mancqaladze keçirdiyi brifinqdə (cələsə) ölkənin hüquq mühafizə orqanları üçün İsrail səfirinin sürücüsünün altında tapılan partlayıcı qurğunun araşdırılmasının "əsas prioritet" (əsas öncəlik) olduğunu deyib. "Cinayət işi açılıb, araşdırma aparır. DİN fəal olaraq araşdırmaya başlayıb". N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar