SON XƏBƏRLƏR

İşğalçı ölkənin xarici işlər nazirinin müavini İranda görüşlər keçirir

2021.10.20, 07:36
İşğalçı ölkənin xarici işlər nazirinin müavini İranda görüşlər keçirir

Gunaz.tv

GünAz TV: İranda səfərdə olan Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan ötən gün İranın xarici işlər naziri Əli Əkbər Salehi ilə görüşüb.

Bu barədə İranın xarici işlər nazirliyinin rəsmi saytı məlumat verir.

Məlumata əsasən, görüşdə beynəlxalq və regional (bölgəsəl) məsələlər, həmçinin ikitərəfli əlaqələrin perspektivləri (çeşməndaz) müzakirə olunub.

Köçəryan bu gün həmçinin İranın XİN (xarici işlər naziri) başçısının müavini Abbas Əraqçi ilə də görüşüb. Görüşdə iki ölkə arasında siyasi, iqtisadi əlaqələrin inkişafı və iki ölkə arasında imzalanmış razılaşmaların icrasının zəruriliyindən danışılıb.

Məlumata əsasən, bu gün Tehran Universitetində İran-Ermənistan arasında münasibətlərin 20-ci ildönümü münasibətilə tədbir keçiriləcək. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar