SON XƏBƏRLƏR

İran : Yerli İstehsal Nüvə Yanacaq Çubuqlarını İstifadə Etməyə Hazırlaşır

2021.10.20, 07:36
İran : Yerli İstehsal Nüvə Yanacaq Çubuqlarını İstifadə Etməyə Hazırlaşır

Gunaz.tv

İran : Yerli İstehsal Nüvə Yanacaq Çubuqlarını İstifadə Etməyə Hazırlaşır

Günaz Tv: İran Yüksək Milli Təhlükəsizlik Şurası tərəfindən edilən açıqlamada, yerli yanacaq çubuqlarının Tahran Araşdırma Reaktöründe dövrəyə soxulacağı ifadə edildi.

Tahran rəhbərliyi, yerli nüvə yanacaq çubuğu istehsalını reallaşdırdığını keçən ay açıqlamışdı. Bu, bəzi ətraflarda İrana istiqamətli sanksiyaların təsirsiz qaldığı şəklində qiymətləndirilmişdi.

İran istehsalı nüvə yanacaq çubuqlarının, Tahran Nüvə Araşdırma Reaktörüne yerləşdirilməsi əsnasında, Respublika başçısı Mahmud Ahmedinejadın da iştirakı olacaq.

Tahran Nüvə Araşdırma Reaktörü, tibbi və əkinçilik məqsədli radyoaktif maddə çıxarır.Tahran rəhbərliyi ayrıca, İranın Avropa Birliyi Xarici Siyasət Yüksək Nümayəndəsi Catherine Ashtona nüvə görüşmələrlə əlaqədar cavabını bu gün göndərəcəyini açıqladı.

Milli Təhlükəsizlik şurası, Qərblilərlə masaya heç bir ön şərt olmadan oturmağa hazır olduqlarını, Ashtonun təklifinə cavablarını da gün içində açıqlayacaqlarını bildirdi.

Ashton keçən ay İranla yenidən masaya oturula biləcəyi mesajını vermiş, 21 Oktyabrda İran başmüzakerecisi Səid Celiliyə yazdığı məktuba cavab gözlədiklərini açıqlamışdı.S.B

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar