SON XƏBƏRLƏR

İsrailin səfiri: “İranın terror aktlarında iştirakı şübhə doğurmur”

2021.10.20, 07:36
İsrailin səfiri: “İranın terror aktlarında iştirakı şübhə doğurmur”

Gunaz.tv

GünAz TV: “İranın terror aktlarında (əməllərində), o cümlədən dünən Dehlidə, bu gün Banqkokda törədilmiş terror aktlarında iştirakı danılmazdır”.

 Bu açıqlamanı APA-ya İsrailin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Mixael Lavon Lotem verib.

 Onun sözlərinə görə, İran çox pis vəziyyətdədir: “Bu ölkənin nüvə proqramına malik olması məlum məsələdir. İranın terror aktlarında iştirakı şübhə doğurmur. İranın əlaltıları olan “HAMAS” və “Hizbullah” təzyiq altındadır, tərəfdaşı Bəşər Əsəd isə öz adamlarını öldürməkdə davam edir. Bu ölkəyə nə etmək qalır? Yalnız hücumları davam etdirmək”.

 M. L. Lotem qeyd edib ki, Azərbaycan və İsrail bu il diplomatik münasibətlər qurmaqlarının 20 illiyini qeyd edirlər. Səfir hər iki ölkənin biznes, siyasət və mədəniyyət sahəsində uğurla əməkdaşlıq etdiyini deyib. Maykl Lotem qeyd edib ki, Bakıda işləmək İsrail diplomatik missiyasının (görəv) əməkdaşları üçün məmnunluq doğurur.

 İsrailin Azərbaycandakı səfirliyinin təhlükəsizliyi məsələsinə gəldikdə isə səfir qeyd edib ki, “biz tamamilə sakitik və təhlükəsizliyimizə əminik. Qoy terror aktı törətmək istəyənlər narahat olsunlar”. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar