SON XƏBƏRLƏR

Hökumət qüvvələri paytaxt Tehranın əsas meydanlarını nəzarətə götürüb

2021.10.20, 07:36
Hökumət qüvvələri paytaxt Tehranın əsas meydanlarını nəzarətə götürüb

Gunaz.tv

GünAz TV: Fevralın (February) 14-də Tehranın əsas küçə və meydanları güclü polis nəzarətinə götürülüb.

 

Hökumət qüvvələrinin paytaxt küçələrinə nəzarəti gücləndirməsi İrandakı “yaşıl hərəkat” tərəfdarlarının müxalifət liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubinin həbsinin ildönümündə səssiz yürüşə dəvəti ilə əlaqələndirilir.

 

GünAz TV mətbuat mərkəzinin “Media forum”a istinadən yaydığı məlumata görə, fevralın 14-ü sübh saatlarından paytaxtın əsas küçə və meydanları motosiklet sürən özəl polis qüvvələri, “Sepah” və ETTELAAT-ın mülki geyimli qüvvələrinin nəzarətinə götürülüb.

 

Səssiz yürüşə çıxanlarla hökumət qüvvələri arasında qarşıdurmanın olub-olmadığı haqda məlumat yayılmasa da, bəzi məhəllələrdə yürüş iştirakçılarının saxlanaraq dindirildiyi və ya tutulub bilinməz istiqamətə aparıldığı bildirilir. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar