SON XƏBƏRLƏR

Bahreyndə Gərginlik

2021.10.20, 07:36
Bahreyndə Gərginlik

Gunaz.tv

Bahreyndə Gərginlik

Günaz TV: Bahreyndə İnci Meydanındakı qiyamın birinci ildönümündə vəziyyət yenə gərginləşdi.Bahreynin her şəhərindan Paytaxt Mənamada toplanan yüzlərlə insan meydanı işğal etmə cəhdində oldular, onlarla adam nəzarətə alındı.

Mənamada minlərlə polis, nümayişçilərin İnci Meydanına girməmək üçün qüvvət istifadə edərək maneə törətdi. Təhlükəsizlik qüvvətləri gözyaşartıcı bomba istifadə edərkən, nümayişçilər əl bombaları və daşlarla özlərini müdafiə etməyə çalışdılar.

Nümayişçilərdən bəziləri Mənama yaxınlarındakı kəndlərə qaçdı. Təhlükəsizlik qüvvətlərinin bu kəndləri əhatə etmə altında tutduğunun xəbərləri gəlir.

Şiə müxaliflər isə, yalnız İnci Meydanında deyil, bütün ölkə diametrində rejimə qarşı göstərilər təşkil edilməsi çağırışında olmuşdular.

Bahreyndə rejim dəyişikliyi istəyən nümayişçilər, keçən il 14 Fevraldan başlayaraq bir ay müddətlə İnci Meydanını işğal etmiş, Səudiyyə ərəbistanının da köməyiylə, işğalçılar dağıtılmış, onlarla adam ölmüşdü. Bahreyn, nümayişlərlə başedebilmek üçün ABŞdan köhnə və təcrübəli bir başpolis gətirmişdi. S.B

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar