SON XƏBƏRLƏR

50 GÜN XƏBƏRSİZLİKDƏN SONRA TƏBRİZ ZİNDANINDA MEHRDAD KƏRƏMİ İLƏ AİLƏSİNİN BİR NEÇƏ DƏQİQƏLİK GÖRÜŞÜ OLDU

2021.10.20, 07:36
50 GÜN XƏBƏRSİZLİKDƏN SONRA TƏBRİZ ZİNDANINDA MEHRDAD KƏRƏMİ İLƏ AİLƏSİNİN BİR NEÇƏ DƏQİQƏLİK GÖRÜŞÜ OLDU

Gunaz.tv

50 GÜN XƏBƏRSİZLİKDƏN SONRA TƏBRİZ ZİNDANINDA MEHRDAD KƏRƏMİ İLƏ AİLƏSİNİN BİR NEÇƏ DƏQİQƏLİK GÖRÜŞÜ OLDU

 

Günaz TV: 50 gün Təbriz və Zəngan İttilaat idarələrinin təkadamlıq kameralarında saxlandıqdan sonra  nəhayət ki, Mehrdad Kərəmi , 12 Fevralda Təbriz zindanına göndərmişlər. Mehrdad Kərəminin ailəsinin 50 gün boyunca məhkəməyə və İttilaat idarələrinə getməklərindən sonra Təbriz zindanında bir neçə dəqiqəlik oğullarını görə bilmişlər.

Mehrdad Kərəmi, Zənganlı Azərbaycan Milli Aktivisti və Təbriz universitəsinin öyrəncisi Dekabrın 24-u universitə avtobusundan düşdüyündə Təbriz İttilaat idarəsi və Təbriz universitəsinin qorucular bölməsinin işbirliyi ilə tutuqlanmışdır və 10 Zəngan İttilaatının təkadamlıq kamerasında sorğulandıqdan sonra yenidən Təbriz İttilaat idarəsinə qaytarılmış idi. Mehrdad bəy İstintaqlarının son günlərində Təbriz zindanının qərəntinəsinə göndərilmiş və  oradan isə Təbriz zindanının maliyyə bölməsində göndərilmişdir.

Hakim, Mehrdad bəyin azadlığı üçün heç bir söz deməmiş. Sadəcə Mehrdad bəyin bir daha istintağa getdiyindən sonra məhkəmə işlərinin təkmilləşəciyini və ondan sonra azadlığı haqqında hansısa bir qərarın ola biləcəyini söyləmişdir.

Görüşdən sonra Mehrdad bəyin, Təbriz İttilaatında fiziki işkəncərə məruz qaldığı da aydın olmuşdur.  İttilaat məmurlarının Mehrdad bəylə davranışları olduqca incidici davranışlar olmuşdur.

            Mehrdad Kərəmi, təbriz universitetində fəaliyyət göstərən “Azərbaycan Tanıtım Ocağı”nın keçmiş katibi və insan haqları aktivisti olmuşdur. İndilikdə Təbrizə öyrəncilərindən olan və eyni halda Azərbaycan Türkcəsinin öyrətmənləri olaraq fəaliyyət göstərən Əfşin Şahbazi, Ruzbeh Səadəti və Məhəmməd Əhədi Təbriz İttilaat idarəsində saxlanılırlar. Hələlik bu milli fəalların durumundan heç bir xəbər əldə yoxdur.  Təbriz şəhərində tutuqlanan tanınmış milli Mübariz İbrahım Savalanın da durumundan hələlik bir xəbər yoxdur.

M.R 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar