SON XƏBƏRLƏR

Urmu Gölü ilə bağlı tutulanlardan gözlənilən Kütləvi Etiraza DƏSTƏK

2021.10.20, 07:36
Urmu Gölü ilə bağlı tutulanlardan gözlənilən Kütləvi Etiraza DƏSTƏK

Gunaz.tv

GünAz TV: Urmu Gölü ilə bağlı tutuqlanmış bir qrup soydaşımız fevralın 21-i (isfəndin 2-i) Təbrizdə keçirilməsi gözlənilən kütləvi etiraz yürüşü barədə Bəyanat yayıblar.

 

Bəyanatda Urmu Gölünün qurudulması məsələsi, Gölün əleyhinə səs verən millət vəkilləri və bəzi Azərbaycanlı millət vəkillərini laqeyd menasibətinə işarə olunub və vurğulanıb ki, bütün bunları dayandırmaq üçün kütləvi etirazdan başqa heç bir yol yoxdur.

 

Bəyanat yayan soydaşlarımız xalqımızın bütün təbəqələrini birliyə çağıraraq, keçiriləcək kütləvi yürüşə var gücləri ilə qatılacaqlarını bildiriblər.

Xatırladaq ki, “Traxtur” tərəfdarları 2012-ci il yanvarın 29-da (1390-cı il bəhmənin 9-da) “Traxtur”la Tehranın “İstiqlal” takımı (timi) arasında keçirilən futbol müsabiqəsi barədə Bəyanat yayıblar. Onlar, 16-cı Bəyanatda hakim Möhsün Torkinin tutduğu qəzərli mövqeyini sərt şəkildə məhkum edib və bununla bağlı kütləvi etiraza hazırlaşdıqlarını bildiriblər.

 

“Traxtur” tərəfdarları vurğulayıblar ki, “fars şövinizmi “Traxtur”un səsini boğmağ üçün var gücü ilə çalışır, ancaq biz buna imkan verməyəcəyik. Biz haqqımızı almaq üçün xiyabanlara toplanıb və öz etirazımızı kütləvi şəkildə bildirməliyik.”

 

Kütləvi Etiraz günü Dünya Ana Dili gününə təyin edilib.

 

Görüş:

Yer: Təbriz- Rasta küçəsi ilə Ostandari arası

Zaman: Fevralın 21-i (isfəndin 2-i), saat 15:00

N.S

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar