SON XƏBƏRLƏR

Avropanın mərkəzində Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar mitinq keçiriləcək

2021.10.20, 07:36
Avropanın mərkəzində Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar mitinq keçiriləcək

Gunaz.tv

GünAz TV: fevralın (February) 28-də Belçikanın paytaxtı Brüsseldə Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə mitinq keçiriləcək. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə məlumat verilib.

 

Brüsseldəki Place Schuman meydanında Avropa Komissiyasının önündə saat 13:00-15:00 arasında keçiriləcək "İnsanlıq ayıbı Xocalıya ədalət" mitinqində "Hamımız Xocalılıyıq! Hamımız Türkük!" şüarlarının sədaları altında ölkədə fəaliyyət göstərən Azərbaycan və Türkiyə diaspor təşkilatlarının, siyasi partiya və ictimai təşkilatların nümayəndələrinin iştirakı planlaşdırılıb.

 

 Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin təşəbbüsü ilə baş tutacaq mitinqin keçirilməsində məqsəd ictimaiyyətin diqqətini 26 fevral 1992-ci il tarixində ermənilərin Azərbaycanın Xocalı şəhərinin dinc sakinlərinə qarşı törətdiyi soyqırıma yönəltmək, Xocalı şəhidlərinin xatirəsini anmaqdır. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar