SON XƏBƏRLƏR

Əli Həsənov: “İran dövləti hazırki vəziyyətdə qonşularla münasibətlərində bir az ehtiyatlı olmalıdı”

2021.10.20, 07:36
Əli Həsənov: “İran dövləti hazırki vəziyyətdə qonşularla münasibətlərində bir az ehtiyatlı olmalıdı”

Gunaz.tv

GünAz TV: İranın son bəyanatı ilə bağlı Azərbaycan XİN-i (xarici işlər nazirliyi) açıqlama yayıb. Bu məlumatın heç bir əsası yoxdur.

Bunu jurnalistlərə Prezident Administrasiyasının (nəhade riyasəte cümhuri) ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bəyan edib.

 

O bildirib ki, Azərbaycan xarici təşkilatlarla, xarici ölkələrin bu və ya digər orqanları ilə münasibtlərdə mütləq şəkildə qonşu ölkələrin maraqlarını nəzərə alır. Azərbaycan heç bir terrror təşkilatı ilə və ya hansısa şəkildə insanlığa qarşı çıxış edən təşkilatlarla əlaqələrə malik deyil.

 

 Əli Həsənov deyib: "İran tərəfinin bəyanatının real əsası yoxdur. Heç bəlli də deyil Azərbaycanı nədə günahlandırırlar. Azərbaycanın xarici ölkələrlə sərhədləri kifayət qədər normal rejimdə işləyir. Açıq demokratik ölkə kimi. Bizə istənilən ölkənin vətəndaşları gəlir. Viza rejimindən müvafiq olaraq keçir və yaxud burda yaşayıb gedir. Bunların hamısı da qanunla müəyyən olunur. Düşünürük ki, İran dövləti hazırki vəziyyətdə qonşularla münasibətlərində bir az ehtiyatlı olmalıdır. Belə məsələlərdə də qonşularla kifayət qədər diplomatik qanunlara müvafiq, qonşuluq münasibətlərinə müvafiq hərəkət etməlidirlər".

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar