SON XƏBƏRLƏR

Ermənilər Əsəd Rejiminin Yıxılmasından Narahatlar

2021.10.20, 07:36
Ermənilər Əsəd Rejiminin Yıxılmasından Narahatlar

Gunaz.tv

Ermənilər Əsəd rejiminin yıxılmasından narahatlar

Günaz TV: Suriyadakı Erməni cəmiyyəti Əsəd rejiminin yıxılmasından narahatlıq duyur.Ermənistan mətbuatında yazılan xəbərlərə görə Suriyada yaşayan 80 min -ə yaxın erməni müxalifətçilərin rəhbərliyi ələ keçərməsi nəticəsində təhlükəli bir vəziyyətlə qarşı-qarşıya qala bilər.

Mütəxəssislərə görə müxalifətçilər idarəni ələ keçirəcəyi təqdirdə erməniləri narahatçılığa vadar edən iki əsas səbəb var: Suriya Milli Şurasının Türkiyədə elan edilmiş olması və ermənilərin bu vaxta qədər Əsəd rejimini dəstəkləmələri.

Suriya-Erməni cəmiyyəti nümayəndəsi bu zamana kimi ermənilərə qarşı bir hücum olmadığını ifadə edir ancaq, vəziyyətin gedərək pisləşdiyini, gündə altı saat elektrik enerjisinin kəsilməsi və cinayətlərin artdığını ifadə edir.

Ermənistan Köçmənlər Bürosu başçısı Gagik Yeganyan Suriyadan Ermənistana sıx bir köç gözləmədiklərini bildirərək deyib : ”Ermənistanın immiqrantlara kömək və dəstək təmin edə bilməyəcəyini , bu səbəblə də köçün inkişaf etmiş ölkələrə olacaq “. S.B.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar